Komissiya sədri: "Azərbaycanda hepatit B-nin yayılması azalıb"

"Azərbaycanda qan köçürmə zamanı 300 min təmannasız qan verənlərin müayinəsi zamanı virusların yayılma səviyyəsi B hepatiti üzrə 2 faiz, C hepatiti isə 1,95 faiz təşkil edib".

İctimaifikir.az  xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiyanın sədri Murad Məmmədov keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hepatitlə xəstələnmə göstəricisi daha aşağıdır: "B hepatitinin yayılması azalıb. C hepatiti isə stabil qalıb. Hazırda bu sahədə epidemioloji vəziyyət 10 ildir ki, eyni qalıb. Ölkədə hepatit virusunun yayılması orta səviyyəlidir".

M.Məmmədov qeyd edib ki, B hepatiti adətən cinsi yolla və stomatologiyada istifadə olunan preparatlarının təkrar istifadə olunmasından, C hepatiti isə cinsi yolla praktiki olaraq keçmir. Daha çox qan köçürmə və təkrar istifadə olunan preparatlar vasitəsi ilə keçir: "B hepatiti nəzarət olunandır, C hepatitinə nəzarət çətin olur. Hepatitin müalicəsi var, ancaq zəmanət verilmir. Kəskin B hepatitinin ölüm faizi 1, C hepatitinin ölüm faizi B-yə nisbətən 100 min dəfə aşağıdır. C hepatitinin fəsadları daha çox olur və hər il dünyada 500 min insan ölür". 




[email protected]