Qazaxıstanda təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb

Qazaxıstanın Almatı vilayətində "Yak-12” təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.

İctimaifikir.az "RİA Novosti”yə istinadən xəbər verir ki, bu haqda Qazxıstanın İnvestisiya və İnkişaf üzrə Nazirliyinin mülki aviasiya komitəsindən bildirilib.

İnformasiyaya əsasən, təyyarə "Kazavia” hava şirkətinə məxsus olub. Təyyarə kimyəvi xidmət tapşırğı icra edirmiş. "Yak-12” vilayətin Panfilov rayonunun Şolakay kəndi yaxınlığında yerə düşüb.

Məlumata görə, təyyarənin göyərtəsində pilotla birlikdə iki nəfər olub. Onların hər ikisi qəza nəticəsində ölüb.

Hadisə ilə bağlı araşdırma aparılır. 




[email protected]