Misir prezidenti Abdel Fəttah as-Sisi terrorçuluğa və ekstremizmə qarşı mübarizə üzrə Milli Şuranın yaradılması barədə fərman imzalayıb.
İctimaifikir.az Trend-ə istinadən bildirir ki, yeni Şura ekstremizm ideyalarının cəmiyyətdə yayılmasına əngəl olmaq üçün ictimai təşkilatların və dövlət strukturlarının səylərini birləşdirmək və terrorçuluğa qarşı səmərəli yolların hazırlanması üçün yaradılıb.
Məlumata əsasən, Milli Şuraya ölkə prezidenti rəhbərlik edəcək.