İstanbulun Bayrampaşa ərazisində yerləşən lüks bir otelin generator hissəsində başlayan yanğının otelə keçməsi müştərilər arasında çaxnaşmaya səbəb olub.
İctimaifikir.az Haberler-ə istinadən xəbər verir ki, yanğın zamanı ölən və yaralanan olmayıb. Oteldə qalanlar təxliyə edilib.
Yanğın səhər saat 6-nın yarısı baş verib. Yanğının söndürülməsi 1 saata qədər davam edib.
Videonu izləmək üçün şəklə klikləyin: