İŞİD terror təşkilatının lideri Əbu Bəkr Əl-Bağdadi sağdır və Suriyanın şərqindəki Deyr-əz-Zor əyalətində gizlənir.
İctimaifikir.az TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı "Al-Quds Al-Arabi" qəzeti yazıb.
Nəşrin mənbələrinin məlumatına görə, Əl-Bağdadi İraq ilə sərhəddə yerləşən Deyr-əz-Zorun Əlbu-Kamal və Əl-Məyadin yaşayış məntəqələri arasında ola bilər. Suriya və İraqdakı şəhərlər üzərində nəzarəti itirən İŞİD-in səhra komandirləri və əksər rəhbərləri ora üz tutublar.
Qəzet yazır ki, bir nömrəli terrorçu əvvəlki kimi qruplaşmanın idarə olunmasında əsas rol oynayır.