Ukraynada silahlı insident baş verib, ölən və yaralananlar var

Ukraynanın Dnepr şəhərində baş verən silahlı insident nəticəsində 1 nəfər ölüb, 5-i yaralanıb.

APA-nın "112 Ukrayna” telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Dnepropetrovsk vilayəti Milli polisinin mətbuat katibi Olqa Kuznetsova bildirib.

Onun sözlərinə görə, 1 nəfər hadisə yerində aldığı güllə yarasından ölüb, 5 nəfər xəstəxanaya yerləşdirilib. İlkin ehtimala görə, silahlı insident şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.


[email protected]