Tillersonun prezident Donald Tramp ilə ciddi fikir ayrılığı var
ABŞ-ın dövlət katibi Reks Tillerson vəzifəsindən gedə bilər.
İctimaifikir.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Telekanal bildirir ki, Tillersonun prezident Donald Tramp ilə ciddi fikir ayrılığı var. Bu fikir ayrılığı İranla münasibətləri qurmaq və qurum daxilində kadr seçimi ilə əlaqədardır.