İran və İraq terrorizm və ekstremizmlə mübarizə və müdafiə və hərbi əməkdaşlığın gücləndirilməsi üçün protokol imzalayıblar.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Press TV telekanalı xəbər verib.
Sənədi Tehranda İraqın müdafiə naziri İfran əl-Xəyali və onun İranlı həmkarı Hüseyn Dexqan imzalayıb.