Yaponiya sahillərində 5,7 bal gücündə zəlzələ baş verib

Yaponiya sahillərindən şərqdə 5,7 bal gücündə zəlzələ baş verib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda ölkənin əsas meteoroloji idarəsi xəbər verib.

Təkanlar yerli vaxtla 00.36-də Ivete prefekturasında Miyako şəhərindən 141 kilometr şimal-şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

 

Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.

Yaponiya sahillərində 5,7 bal gücündə zəlzələ baş verib


[email protected]