Əfqanıstanın paytaxtı Kabulda törədilən partlayış nəticəsində 24 nəfər ölüb, 42 nəfər yaralanıb.
İctimaifikir.az report.az-a istinadən bildirir ki, terrorçu-kamikadze iyulun 24-də səhər saatlarında partlayıcı yüklənmiş avtomobili Kabulun rayonlarından birində partladıb.
Partlayış Əfqanıstan icra hakimiyyəti başçısının ikinci müavininin evinin yaxınlığında törədilib.