Türkiyə Almaniyanı terrorçulara sığınacaq verməkdə ittiham edib.
İctimaifikir.az xəbər verir ki, müvafiq bəyanatla cümə axşamı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış edib.
"Türkiyə nə zaman terrorçuların verilməsi üçün sorğu göndərir, Almaniya öz məhkəmə sisteminin müstəqil olduğunu bildirir. Almaniya tərəfinin hələ yalnız terrorçuluqda iştirakı nəzərdən keçirilən Almaniya vətəndaşının dərhal təhvil verilməsi tələbi isə bizim məhkəmə sisteminə qarşı hörmətsizlikdir", - deyə xarici siyasət idarəsinin rəhbəri öz "Twitter" səhifəsində yazıb.
"Kürd Fəhlə Partiyası və FETÖ terrorçularını özündə gizlədən Almaniyanın bəyanatı yolverilməzdir və özündə ikili standartlar siyasətini əks etdirir", - deyə Çavuşoğlu bildirib.