Hər dəfə bazarlıqdan qayıdıb, mətbəxə girərkən etdiyimiz ilk iş, ərzaqları yerbəyer etmək olur.
Bəzən də, bəhz edəcəyimiz məhsulları bilmədən eyni qaydada soyuducunun alışdığımız köşəsinə qoyuruq. Bu isə, onların vaxtından tez xarab olmasına, dadını itirməsinə gətirib çıxardır. Ən çox zərər çəkən həm büdcəmiz, həm də damaq dadımız olur.
İctimaifikir.az soyuducuya qoyulması qadağan olunan ərzaqların siyahısını təqdim edir. Bu məhsullar arasında düzgün saxlamadığınız ən az 1 ada mütləq rast gələcəksiniz.
Yerkökü və kartof
Bu tərəvəzlər soyuq və rütubəti sevmir. Soyuducuda saxlasanız daha tez yumşalıb, sərtliyini itirə bilər. Odur ki, bu ərzaqları sərin və qaranlıq yerdə saxlamaq daha məqsədəuyğundur.
Soğan
Soğanı soyuducuya qoyanların sayı az olsa da, var. Unutmayaq ki, rütubət soğanın birinci və ən böyük düşmənidir. Soğanı qaranıqda saxlasanız, öz ləzzətini və tərkibini daha gec itirər. Çünki işiq onun dadına mənfi təsir edir. Hətta soyuducudan kənarda kartofla soğanı birgə saxlamayın. Kartof öz ətrafında rütubət yaradır ki, bu da soğanın daha tez yumşalmasına səbəb olur.
Sarımsaq
Soyuqdan ən çox qorxan tərəvəz sarımsaqdır. Onu quru və tez-tez havalandırılan yerdə saxlamaq gərəkdir.
Pomidor
Bu tərəvəz istisevəndir. 0- a yaxın temperaturda onlar öz ətirini itirir. Nişastalı tərkib alıb, kəsilmiş kartofu xatırladır. Onu otaq temperaturundan biraz aşağı dərəcədə saxlamaq lazımdır. Bu otağın hava axını daha çox gələn nöqtəsi ola bilər.
Badımcan
Badımcan və pomidorun tərkibi bənzər olduğundan o da soyuducunu sevmir. Badımcan soyuducuda daha tez yumşalır və üzərində qara ləkələr yaranır.
Ekzotik meyvələr
Tropik meyvələri otaq temperaturunda, kağıza bükülmüş şəkildə saxlamaq daha məqsədəuyğundur. Soyuq temperaturda onlar digər ərzaqlar üçün zərərli olan qaz ifraz etməyə başlayırlar.
Banan
Bu meyvənin qabığı soyuducuda daha tez qaralır. Dadında isə dəyişiklik baş vermir.
Alma və armud
Bu meyvələr açıq və biraz da sərin məkanı sevirlər. Almaları payız fəsilində eyvanda qutulara qoyub saxlaya bilərsiniz ki, ətrafında hava dövr etsin. Soyuqlar başlayan kimi, qutuları evə daşıyın.
Zeytun yağı
Bu yağ soyuducuda daha tez durulaşır və dibində ağ çöküntü yaranır. Bu səbəbdən də, yağın faydalı xüsusiyyətləri azalır. O dur ki, ona da məxbətin bir rəfində yer ayırın.
Bal
Bal soyuq temperaturda öz müalicəvi xassələrini, həmçinin əsil dadını itirir. Balı otaq temperaturunda saxlamaq lazımdır.
Şokolad
Yəqin ki, şokoladı soyuducuya qoyandan sonra rənginin solduğunun şahidi olmusunuz. Əslində, bu hal o qədər də qorxulu deyil, lakin kiflənməyə səbəb ola bilər. Həmçinin məhsulun düzgün saxlanmadığından xəbər verir.