Yumurtanı qaynadanda suyunu atmayın - FAYDALARI

Mühüm bir protein qaynağı olan yumurtanın sağlamlığımıza bir çox faydası var. Araşdırmalar sadəcə yumurtanın deyil, qabıq və qaynadıldığı suyun da bir çox şeyə faydalı olduğunu göstərir.

İctimaifikir.az-ın bu yazısından sonra yumurtanı qaynatdığınız suyu kənara tökməyəcəksiniz.

Yumurtanı qaynadanda suyunu atmayın - FAYDALARI

Çiçəklərinizi canlandırır

Yumurta suyunun tərkibində olan kalsium bitkilər üçün də olduqca faydalıdır. Sadə su yerinə bitkilərinizə tökdüyünüz qaynamış yumurta suyu bitkilərinizi canlandırmağa və qidalanmağa yetərlidir.

Daha canlı və parlaq saçlar

Qaynatdığınız yumurta suyunu saçlarınıza sürtün. Bol miqdarda protein tərkibli yumurta suda qaynadıldığında protein həll edilir və bu da saçlarınızın olduqca canlı görünməsinə yardımçı olur. Xüsusilə də quru saçlar üçün dərmandır.

Dəmir qablarda pası təmizləyir

Qazan və çaydanlardakı pası yox etmək üçün qaynadılmış yumurta suyunu istifadə edə bilərsiniz. Qabın içərisinə yumurta qabıqlarını atıb qaynadın. İçərisinə də bir az sirkə tökün. Pasın təmizləndiyini görəcəksiniz.




[email protected]