Koreya Xalq Demokratik Respublikası (KXDR)yeni raket sınağına hazırlaşır.
İctimafikir.az "Report"-a istinadən xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ-ın kəşfiyyat mənbələrinə istinadən məlumat yayıb. Telekanalın məlumat aldığı mənbə əmin deyil ki, bu qitələrarası roketin, yoxsa orta mənzilli raketin sınağıdır.
Xatırladaq ki, KXDR iyun ayının 4-də "Xvason-14 raketinin sınağını keçirib. Həmin roketin 933 km məsafə qət etdiyi və 2802 km hündürlüyə qalxdığı söylənilirdi. Roketin ümumi uçuş vaxtı 39 dəqiqə olmuşdu.