Alimlərin apardıqları araşdırma nəticəsində çox saqqız çeynəyən insanlarda ağızın ətrafında qırışlar yarandığı üzə çıxıb. Vaşinqtondan olan kosmetik cərrah Ema Sanderamın sözlərinə görə, saqqız çeynəyən zaman çənə əzələləri lazım olduğundan artıq yüklənir və nəticədə həmin nahiyədə qırışlar yaranır. Bu, dərinin öz elastikliyini itirməsinə də aparıb çıxarır.
Bundan başqa, Saqqız çeynəməyin gənclərdə baş ağrıları və miqrenə səbəb olduğu məlum olub. Xroniki baş ağrıları olan və gündə 1-6 saat saqqız çeynəyən gənclər arasında aparılan araşdırmaların nəticəsində belə qənaətə gəlinib. Alimlər gənclərdən 1 ay ərzində saqqız çeynəmələrini istəyib. Saqqız çeynəməyi bir müddət tərk edənlərin baş ağrılarının tamamilə itdiyi, bəzilərininkinin isə müntəzəmliyinin və şiddətinin azaldığı müşahidə edilib. Yenidən saqqız çeynəməyə başlayan gənclərin qısa müddətdən sonra baş ağrıları yenidən başlayıb.
Nəticədə saqqız çeynəyərkən alt çənə oynağının çox işləməsi və yorulmasının baş ağrılarına səbəb ola biləcəyi açıqlanıb. Alimlər xroniki baş ağrılarından əziyyət çəkənlərə saqqız çeynəməməyi tövsiyə edir.