ABŞ və Rusiya prezidentləri Vladimir Putin və Donald Tramp Hamburqda G20 sammiti çərçivəsində təşkil edilən şam yeməyindən sonra qısa söhbət aparıblar.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu haqda Ağ evin nümayəndəsi bildirib.
Qeyd olunur ki, söhbəti tam görüş kimi qiymətləndirmək olmaz.
Söhbət zamanı prezidentlər savayı yalnız rusiyalı tərcüməçi iştirak edib. Amerika liderinin tərcüməçisinin rus dilini bilmədiyi qeyd olunur.