Benqazinin minalardan təmizlənmə prosesində 43 Liviya ordusunun mühəndisi ölüb, 27-si isə yaralanıb.
İctimaifikir.az Trend-ə istinadən bildirir ki, bundan əlavə son 10 gün ərzində terrorçuların şəhərdə quraşdırdığı minaların partlaması nəticəsində 19 dinc sakin həlak olub.
Qeyd edək ki, iyulun 5-si Liviya Milli Ordusunun komandanı Xəlifə Həftar Benqazi şəhərinin terrorçulardan tam azad olunmasını bəyan edib.