İyulun 30-da Gürcüstanda NATO hərbi təlimlərinə start veriləcək.
İctimaifikir.az APA-ya istinadən xəbər verir ki, "Layiqli tərəfdaş 2017" hərbi təlimləri avqustun 12-dək davam edəcək. Paytaxt Tbilisinin yaxınlığındakı Vaziani hərbi aerodromunda startı veriləcək təlimlərdə Gürcüstan, ABŞ, Böyük Britaniya, Almaniya, Türkiyə, Sloveniya, Ermənistan və Ukraynadan 2.8 min hərbçi iştirak edəcək.
Təlimlərdə Almaniya istehsalı "GTK Boxer" zirehli transportyor, ABŞ istehsalı olan "Abrams" tankları, "Bradley" и "Stryker" piyada maşınları və "C-130" hərbi təyyarələrindən istifadə olunacaq. Təlimlər "Norio" hərbi bazasında da keçiriləcək.
Gürcüstanda üçüncü dəfə keçiriləcək "Layiqli tərəfdaş 2017" hərbi təlimlərinin əsas məqsədi sabitliyin təminatı, müdafiə və hücumun təmin edilməsi əməliyyatlarında bacarıqları təkmilləşdirmək, Gürcüstan və NATO-ya üzv ölkələrin silahlı qüvvələri arasında əməkdaşlığı dərinləşdirmək, NATO qüvvələrinin məşğələ imkanlarını yüksəltmək, habelə NATO ölkələri arasında əməkdaşlığı inkişaf etdirməkdir.
Hərbi təlimlərin açılışında ABŞ vitse-prezidenti Mayk Pensin iştirak etməsi gözlənilir.