İran prezidenti Həsən Ruhaninin qardaşı Husseyn Fereydun pul girovu müqabilində azad edilib.
İctimaifikir.az Trend-ə istinadən, o, bazar günü maliyyə cinayətlərində ittiham olunuraq həbs edilmişdi.
Ötən gün isə səhhətində yaranan problemlə əlaqədar onun xəstəxanaya köçürüldüyü bildirilmişdi.
Bazar ertəsi axşam saatlarında isə məhkəmə prezidentin qardaşının pul girovu müqabilində azad edilməsi barədə qərar qəbul edib.