İran XİN rəhbəri Məhəmməd Cavad Zərif ABŞ döblət katibi Reks Tillerson ilə nüvə anlaşmasının müzakirəsinin mümkünlüyünü istisna etməyib.
İctimaifikir.az Trend-ə istinadən bildirir ki, Nyu-Yorkda çıxış edən Zərif bildirib ki, indiyədək ABŞ prezidenti Donald Trampın administrasiyasının nümayəndəsi ilə danışıqları olmayıb: "Mənim dövlət katibi Tillerson ilə əlaqəm yoxdur, lakin bu o anlama gəlmirki əlaqə mümkün deyil".
Zərif bildirib ki, həmkarları amerikalılar ilə nüvə sazişin yerinə yetirilməsi üzrə müntəzəm əlaqədədirlər.