Hələbdə partlayış - 4 ölü, 7 yaralı

Suriyanın Hələb şəhərində bomba yüklü avtomobil partladılıb.

Hələbdə partlayış - 4 ölü, 7 yaralı

İctimaifikir.az xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.

İnsident şəhərin Azez rayonunda qeydə alınıb. Hadisə nəticəsində 4 nəfər ölüb, daha 7 nəfər isə yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Partlayışdan sonra bəzi avtomobillərin yandığı və ətrafdakı binalara ziyan dəydiyi bildirilib.




[email protected]