Türkiyədə 346 fəhlə xəstəxanalıq oldu - Kütləvi zəhərlənmə

İzmirin Aliağa rayonunda yerləşən neftayırma zavodu inşaatında işləyən 346 fəhlə qida zəhərlənməsi şübhəsilə xəstəxanaya yerləşdirilib.

Türkiyədə 346 fəhlə xəstəxanalıq oldu - Kütləvi zəhərlənmə

İctimaifikir.az "Hürriyet”ə istinadən xəbər verir ki, işçilər günorta yeməyindən sonra baş dönməsi və ürək bulanması şikayətiylə xəstəxanaya çatdırılıb.

Aliağa Dövlət Xəstəxanasına aparılan işçilər yardım göstərilib. Vəziyyətləri yaxşılaşan işçilər evə buraxılıb.

 İşçilərin yeməyindən götürülən nümunənin araşdırmaq üzrə laboratoriyaya göndərildiyi bildirilib.




[email protected]