Tərəvəzlərdən hazırlanan turşularda gigiyena qaydalarına əməl edilmədiyindən sonradan bunun ağır fəsadları olur. Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatına görə 6 ay ərzində 300-ə yaxın insan qidadan zəhərlənib. Hamısı da məhz ev şəraitdə hazırlanan qida məhsullarından, xüsusilə də turşulardan zəhərlənib.
İctimaifikir.az xezerxeber.az-a istinadən bildirir ki, ev şəraitində hazırlanmış keyfiyyətsiz tutma və digər qida məhsulları ölümə səbəb olur. 6 ayın statistikasına görə 200-dən çox insan belə məhsullardan zəhərlənib.Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımovun sözlərinə görə, əksər bazarlarda ev şəraitində hazırlanmış bostan bitkilərinin tutmaları açıq şəraitdə satılır. Ən çox zəhərlənməyə məhz onlar səbəb olur. Ona görə də ticarət obyektlərindən turşu alarkən onların gigiyenik və ya mənşə sertifikatı tələb edilməlidir. Ziyəddin Kazımov deyir ki, belə tutmalar hazırlanarkən ilk növbədə həm tərəvəzlərin, həm də onların saxlandığı qabların təmizliyinə diqqət etmək lazımdır. Zəhərlənməyə səbəb olan mikroorqanizmlər məhz natəmiz şəraitdə əmələ gəlir. İsti havalarda tutmalarla yanaşı ev şəraitində hazırlanmış digər qida məhsulları da zəhərlənmə və başqa xəstəliklərə səbəb ola bilər.Ona görə də vətəndaşlar məhsul alarkən onları sərin şəraitdə saxlanılmalıdır.
Videonu izləmək üçün şəklə klikləyin: