1. Artrit ilə mübarizə aparır: artriti olan şəxslər mütəmadi olaraq sarıkök suyu istehlak edəndə çox yaxşı nəticələr ala bilərlər.
2. Alzheimerin qarşısını almağa yardımçı olur: sarıkökün fəal komponenti olan kurkumin, beyindəki hüceyrələrin sərbəst radikallara görə zərər görməsinə mane olur.
Beləliklə də yaşlılıqla gələn zehni geriləmə və Alzheimerin qarşısını alır.
3. Xərçəng riskini azaldır: sarıkökdə olan antioksidantlar, sərbəst radikalların və xərçəngdən qaynaqlanan anormal hüceyrələrin yox edilməsində müsbət təsirə malikdir.
İctimaifikir.az deyerler.org-a istinadən bildirir ki, ümumiyyətlə, bu molekullar, orqanizmdə toksinlərin mənfi təsirlərinə mane olur və xərçəng hüceyrələrinin sürətli artımını dayandırır.
4. Qaraciyər sağlamlığını qoruyur: əlavə olaraq bu ədviyyat, qaraciyərin sağlamlığını qorumaq üçün əhəmiyyətli iki ifrazat olan bilirubin və öd arasındakı tarazlığı təmin etməyə yardımçı olur.
5. Qanda şəkərin səviyyəsini tənzimləyir: sarıkök suyu, qanda şəkərin mübadiləsini də hərəkətə keçirmək qüvvəsi ilə 2-ci dərəcəli diabet xəstələrinə də fayda verə bilər.