Yaponiyanın cənub şərqində daşqınlar nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb.
İctimaifikir.az Trend-ə istinadən bildirir ki, daşqınlar baş verən ərazidə minə yaxın ev dağılıb.
Məlumata əsasən, hazırda 20 nəfər itkin düşmüş sayılır və 1,3 min insan təxliyə edilmiş yerlərdə qalır. İtkin düşmüşlərin axtarışını polislər, özünümüdafiə qüvvələri və yanğından mühafizə əməkdaşları həyata keçirir.