Mahiyyət etibarilə fərdi kompüter rolunu oynayan qeyri-adi "Lightank W100" proyektorunun satışlarına başlanılıb.
İctimaifikir.az ICTnews-a istinadən bildirir ki, "Windows 10" əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğuda "Office 365" proqram paketi və "Skype" biznes versiyası quraşdırılıb. Modelin əsasını 1,1-2,4 QHs takt tezlikli ikinüvəli "Intel Celeron N3350" prosessoru, 2 giqabaytlıq operativ və "eMMC" formatlı 32 giqabaytlıq quraşdırılmış yaddaş təşkil edir.
Həmçinin, qurğu "Wi-Fi" və "Bluetooth 4.0" modullarına malikdir. İki "USB 2.0" çıxışı vasitəsilə proyektora "mouse" və klaviatura qoşmaq mümkündür. Bundan başqa, "HDMI" portu və quraşdırılmış mikrofon nəzərdə tutulub.
Parlaqlığı 1000 ANSI lümenə çatan proyektorun istismar müddəti 30 min saata bərabərdir. Qabaritləri 345x338x57 mm, çəkisi 1,5 kq təşkil edən "Lightank W100" proyektorunun qiyməti 735 dollardır.
[email protected]