Skype-da problem yaranıb

"Skype" istifadəçiləri proqramın fəaliyyətində yaranan nasazlıqdan şikayətlənməyə başlayıblar.
 
İctimaifikir.az  ICTnews-a istinadən bildirir ki, problemin ciddi olmasına görə "Microsoft" korporasiyası onun mövcudluğunu etiraf etmək məcburiyyətində qalıb. Korporasiya nümayəndələrinin sözlərinə görə, əksər istifadəçilər qrup şəklində olan zənglərdə problemlərlə üzləşib, bəziləri dostlar siyahısına istifadəçilərin əlavə olunması zamanı ciddi yubanmalarla rastlaşıb. Həmçinin, istifadəçilər avtorizədə çətinliklərin yaranmasını və bildirişlərin göndərilməsinin qeyri-mümkünlüyünü qeyd ediblər.  
Skype-da problem yaranıb
 
"Skype" şirkəti nasazlığa nəyin səbəb olması barədə açıqlama verməsə də, servisin işinin yaxşılaşmasını bildirir.
 
"Microsoft" korporasiyasının məlumatına görə, bəzi istifadəçilər problemlərlə üzləşməkdə davam edir.
 
Xatırladaq ki, iyunun 19-da "Skype" proqramının fəaliyyətində qlobal nasazlıq yaranmışdı. Messencerlə bağlı problemlər haqqında məlumatlar iyunun 20-21-dək sosial şəbəkələrdə yayılmaqda davam etmişdi.
 
2016-cı ilin martında proqramın işində daha bir qlobal nasazlıq baş vermişdi.
 
Ən böyük nasazlıq isə 2015-ci ilin sentyabrında qeydə alınıb. Altı saat davam edən problem Rusiya, ABŞ, Vyetnam, yeni Zelandiya, Danimarka, Hindistan və digər əksər ölkələrin istifadəçilərini əhatə edib.
 
Qeyd edək ki, "Skype Technologies" şirkəti 2003-cü ildə isveçli Niklas Zennstrem və danimarkalı Yanus Friis tərəfindən təsis edilib. 2010-cu ildə sistem istifadəçilərinin sayı 660 milyon nəfərə çatıb. 2011-ci ildə "Microsoft" korporasiyası "Skype"ı  8,5 milyard dollara satın alıb.


[email protected]