ABŞ-ın Kaliforniya ştatında 19 yaşlı Roza Dominqes bir həftə ərzində lotoreyada iki dəfə "cekpot” udub.
İctimaifikir.az-ın xəbərinə görə, bu barədə WKMG Orlando telekanalı məlumat yayıb.
Birinci dəfə Rozanın San-Luis-Obispo dairəsində yanacaqdoldurma məntəqəsində aldığı bilet 555 min dollar udub. Bir neçə gün sonra o, Monterey dairəsində stansiyaların birində yenidən bəxtini sınayıb. Bu dəfə gənc qız 100 min dollar qazanıb.
Telekanalın məlumatına əsasən, Dominqes özünə yeni avtomobil almaq niyyətindədir.