ABŞ-da 15 ildə 200 min uşaq evləndirilib.
İctimaifikir.az "Xəbərtürk”ə istinadən xəbər verir ki, bu məlumat ABŞ-da keçirilən sosial sorğuya əsasən yayılıb. Sorğunun nəticəsindən sonra qanunda 18 yaşı tamam olmayanların evlənməsinə icazə verən boşluqların olması üzə çıxıb.
Sorğuda 10 yaşlı 3 qız uşağının 24, 25 və 31 yaşlı kişilərlə, 11 yaşlı oğlanın 27 yaşlı qızla evləndiyi məlum olub.