Qətərdən ABŞ-a tələb

Qətərə sanksiyalar tətbiq edən ölkələrə qarşı ABŞ dəqiq və sərt mövqe tutmalıdır.

İctimaifikir.az xəbər verir ki, bu sözlər Qətər İnsan Hüquqları Milli Komitəsinin sədri Əli bin Samih əl-Marrinin rəsmi Vaşinqtona müraciətində əksini tapıb. Komitədən sədrin Vaşinqtonda, ABŞ Xarici İşlər Nazirliyində bəzi rəsmilərlə görüşdüyü bildirilib.

Qeyd edək ki, ABŞ Dövlət katibi Reks Tillersonun Küveyt, Qətər və Səudiyyə Ərəbistanına səfəri başlayıb.




[email protected]