Yəmənin cənubundakı Taizdə iyun ayında yaşanan qarşıdurma və zorakılıq hadisələri zamanı ölən və yaralananların sayı açıqlanıb.
Qarşıdurmalar zamanı 165 nəfər həyatını itirib, 426 nəfər yaralanıb, 588 uşaq da yetim qalıb.
Toqquşmalar nəticəsində 21 ev, obyekt, xeyli sayda avtomobil yararsız hala düşüb. 57 ailə də humanitar yardımların dayandırılması səbəbindən ölüm təhlükəsi ilə üz-üzə qalıb.