Xolesterinin problemsiz azaldılması

Xolesterinin asan yolla azaldımasının sirrini sizinlə bölüşmək istəyirik.
Kətan toxumu xolesterinin miqdarını azaldan ən yaxşı vasitədir. Amma, ondan istifadə edərkən əks tərisrləri barədə məlumatlar toplamalısınız. Kətan toxumunu siz ədviyyat mağazalarından və ya apteklərdən ala bilərsiniz. Onu çeynəmək çətin olarsa qəhvəüyüdən vasitəsilə üyüdüb qəbul eləmək lazımdır. Bu zaman üyüdülmüş kətan toxumu qəbul edilən qidalara əlavə edilir. Kətan toxumu qəbul edən zaman sizin arterial təzyiqiniz yüksəlməyəcək, ürəyiniz sakitləşəcək, mədə-bağırsaq fəaliyyətiniz yaxşılaşacaq. Kətan toxumunun faydasını görmək istyirsinizsə, o zaman mütləq sağlam qidalanmaya üstünlük verməlisiniz.   
 Xolesterinin problemsiz azaldılması
İctimaifikir.az  immunitet.az-a istinadən bildirir ki, aptekdən cökə çiçəyi alın və onu qəhvəüyüdəndə üyüdüb toz halına salın. Bir ay müddətində gündə 3 dəfə 1 çay qaşığı cökə çiçəyindən hazırlanmış paraşoku qəbul edin. Bir aydan sonra sizin qanınızda olan bütün şlaklar təmizlənəcək və siz arıqlayacaqsınız. Bu sınanılmış üsuldur. Bu üsulla bir ay ərzində 4 kq arıqlamaq mümkündür. Çökə çiçəyi bir ay ərzində sizin əhval-ruhiyənizi və xarici görünüşünüzü dəyişəcək.
Zəncirotu kökünün dəmləməsi də orqanizmdə aterosklerozu müalicə edir, qandakı artıq xolesterini təmizləyir. Bu məqsədlə zəncirotu kökünün üyüdülımüş paraşokundan 6 ay müddətində gündə 1 qaşıq qəbul edilir. Bitkinin orqanizmə heç bir əks təsiri yoxdur.
Bolotovun tərtib etdiyi kvas resepti də qandakı pis xolesterinin miqdarını azaldır. Resepti hazırlamaq üçün 50 qram xırdalanmış sarılıqotu tənzifdən hazırlanmış torbaya qoyulur və üzərinə 3 litr qaynar su, 1 stəkan şəkər tozu və 1 çay qaşığı smetan əlavə dəmlənir. Qarışım isti yerdə 2 həftə saxlanılır. Bu müddətdə məhlulu hər gün qarışdırmaq lazımdır. İki həftə bitdikdə kvas hazır olur. Kvasdan gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl içmək lazımdır. Hazır olan kvasın şirinliyi az olarsa onu içən zaman şəkər tozu əlavə etmək olar. Reseptin doğruluğuna əmin olmaq üçün müalicəyə başlamazdan əvvəl və sonra qanın analizləri verilir və müqayisə edilir. Bir ay müddətində bu qayda ilə hazırlanmış kvası içmək qanda pis xolesterinin azalmasına səbəb olur. Müalicə müddətində tərəvəzlərdən, meyvələrdən, sıyıqlardan, bitki yağlarından istifadə edilməlidir.
Qan damarlarında yığılıb qalmış xolesterini təmizləmək üçün gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl 7 damcı 4%-li arı südü qəbul etmək lazımdır. Müalicə müddəti 4 aydır.
Lobya yemək qanda xolesterinin miqdarını azaldır.
Bunun üçün 100 qram lobya axşamdan suya qoyulur, səhər su süzülür və yeni su ilə əvəz edilir. Suya çay qaşığının ucunda qida sodası əlavə edilir. Sodanı əlavə etməkdə məqsəd bağırsaqlarda qazın əmələ gəlməsinin qarşısını almaqdır. Lobya bişirilir və gün ərzində yeyilir. Gün ərzində onu yeməklə qanınızda olan xolesterini 10% azalda bilərsiniz.


[email protected]