ABŞ və Rusiya prezidentlərinin qarşıdakı görüşü Vladimir Putin və Donald Trampın bir-birinə alışmağa və iki dövlət arasında münasibətləri normallaşdırmağın alnacağını anlamağa gözəl imkan yaradacaq.
İctimaifikir.az TASS"a istinadən xəbər verir ki, bu fikirləri "Fox News" telekanalının efirində oğlu ABŞ prezidenti Donald Trampın oğlu Erik Tramp bildirib.
"Ötən ilin seçkiqabağı kampaniyası zamanı atam dəfələrlə dünyanın ən böyük dövlətlərindən biri olan Rusiya ilə əla münasibətlərin bərqərar olunmasına ümid etdiyini bildirib. Axı heç kəs soyuq müharibə və düşmən münasibətlər istəmir", - deyə Erik əlavə edib.
O, bununla yanaşı, ABŞ-ın Rusiya ilə münasibətlərinin normallaşacağına inamını da gizlətməyib. "Atam deyirdi ki, buna (Rusiya ilə münasibətlərin normallaşacağına – "Report") ümid edir, lakin zəmanət verə bilməz ki, bu alınacaq. Amma hər halda sınamağa dəyər. Əgər alınsa, çox gözəl olacaq, əgər alınmasa, belə də olmalıdır. Ancaq hər halda biz çalışacağıq", - deyə o davam edib.
Erik Tramp bildirib ki, ABŞ-da ötən seçkilərdən sonra Donald Trampın Rusiya ilə münasibətlərin normallaşdırılmasına ümumi əhval-ruhiyyəsi dəyişməyib.
Moskva ilə iqtisadi sahədə hər hansı razılaşmanın əldə olunmasının mümkünlüyü barədə sualı cavablandıran Erik Tramp atasının işgüzar keyfiyyətlərini ifadə edib: "Dünyada mənim atamdan yaxşı və daha sərt elçi yoxdur".