Neçə əsrlərdir ki, ağacların insan orqanizminə təsiri öyrənilir. İctimaifikir.az AZƏRTAC-a istinadən bildirir ki, onlar insanları oksigen və meyvə ilə təmin etməklə yanaşı, həm də ovqata xoş təsir göstərir. Ağaclar öz biosahələri vasitəsilə hətta xəstəlikləri də müalicə edir.
"Ağac terapiyası" zamanı kürəyi və peysəri həmin ağacın gövdəsinə dayayır, sonra onu qucaqlayaraq bir müddət həmin vəziyyətdə qalırlar. Evdə böyük dibçəkdə becərilən canlı ağac və ya güldanda saxlanılan yaşıl budaq mənzildəki mühiti yaxşılığa doğru dəyişməyə qadirdir.
Şam ağacının iynə yarpaqları havaya çoxlu efir yağları buraxır və həmin yağ yuxarı tənəffüs yolları, ağciyər, allergiya xəstəliklərindən əziyyət çəkənlərə müsbət təsir göstərir. Ancaq hipertoniklərin onunla ehtiyatlı olması lazımdır, çünki şam ağacı qan təzyiqini artırır.
Ardıc ağacının o qədər də böyük olmayan budağını suya qoyanda mənzilin havasını mikroblardan təmizləyir.
Bədmüşk emosional vəziyyəti tənzimləyir, əsəb sistemini sakitləşdirir, tozağacının tumurcuq və yarpaqları əsəb və ürək-damar xəstəliklərindən əziyyət çəkənlər üçün faydalı təsir edir, qayın ağacının cavan yarpaqlarının ətri əsəbləri sakitləşdirir.
Baş və əzələ ağrıları zamanı ağcaqovaq ağacına söykənmək və ya onun budağını ağrıyan yerə qoymaq tezliklə yüngülləşməyə kömək edir.