Rusiya İraq və Vyetnama “T-90S” tankları satır

Rusiya İraq və Vyetnama "T-90S” tankları satıb.

Trend-in məlumatına görə, bu barədə "T-90S” tanklarının istehsal edən zavodun hesabatında qeyd olunub.

Hesabatda bildirilir ki, 2017-ci ildə İraqa 73, Vyetnama 64 tankın satışı nəzərdə tutulub.

Bundan başqa, hesabata görə, Küveytlə 146 ədəd "T-90MS” tankının tədürükü barədə müqavilə imzalanıb.

Maraqlıdır ki, bu tankların istehsalını "Uralvaqonzavod" həyata keçirir və zavod rəhbərliyi bu tədarükləri Rusiya ilə həmin ölkələr arasında hərbi əməkdaşlıq çərçivsəndə həyata keçiridiyini bəyan edib.

 





ictimaifikir.az@mail.ru