Ermənistan vətəndaşları heç bir strukturda Konstitusiyanın onları qoruduğunu hiss etmirlər.
Bu sözləri "Çarukyan” blokunun deputatı Naira Zohrabyan erməni mediasına açıqlamasında deyib. İyulun 5-nin Ermənistanda Konstitusiya günü olduğuna diqqət çəkən Zoqrabyan bugünün heç bir mənası olmadığını vurğulayıb:
"Bəli, təqvimlə 5 iyul Konstitusiya günüdür. Ancaq mən cəmiyyətdə bu günün ölkənin ana qanununun və vətəndaşları qoruyan sənədin qəbul edildiyi gün kimi qarşılandığını hiss etmirəm. Konstitusiya yalnız kağız üzərindədir”.
Onun sözlərinə görə, əgər Ermənistanda Konstitusiya yaşamaq haqqını qorusaydı, insanlar da bu bayramı qeyd edərdi.