Bir evin pulu bir boşqaba sığışır - onlar bu yeməkləri yeməsələr... yaşaya bilməzlər
Varlı olmaq bəlkə də dünyanın ən çətin işlərindən biridir. Çünki əldəki böyük sərvətlə nəsə etməyə qərar vermək, ən azından, yemək yeyəndə belə seçim etmək çətindir. Görəsən aldığım şokolad nə qədər bahalıdır? "Ən keyfiyyətli şokoladı mən yeməliyəm” düşüncəsində olan bir varlının yediyi şokoladla kasıb bir uşağın zibilxanadan tapıb yediyi şokoladı müqayisə etmək mümkün deyil təbii ki.
Amma varlılar da insandır və yemək məcburiyyətindədilər. Bu səbəbdən yemək yeyəndə seçim etmək onlar üçün çətindir. Çünki orta gəlirli və ya kasıb bir ailənin seçimlərindən daha çox seçimə sahibdilər. Təbii ki, o qədər seçim arasından damaq dadına ən yaxın olanı tapmaq da asan deyil. Musavat.com dünya mətbuatına istinadən varlıların yemək zövqü barədə arayış hazırlayıb.
Xərçəng, kürü yerinə yumurta
Varlıları hər zaman bahalı yeməklər yeyən, ilbizə, xərçəngə, kürüyə alışmış bir qrup insan olaraq tanıdığımız doğrudur. Əslində isə durum elə deyil. Amerika Nyu-Yorkda bir oteldə sadəcə varlılar üçün hazırlanan kürülü, xərçəngli qayğanaq menyusu heç bir varlı tərəfindən tərcih ediməyib. Bu menyunu hazırlayan aşpaz isə hələ də şokdadır. Bəs bu varlılar nə yedi? Bu xərçəng mövzusu hardan çıxıb? Varlılar bu restoranda hamımızın bildiyi klassik qayğanağı seçdilər. Ancaq bizim adını eşitmədiyimiz dadları ancaq pullarına görə seçən varlıların adı hər zaman ilbizlərlə, kürülərlə, xərçənglərlə xatırlandı.
Yağsız hər şey daha varlıdır sanki...
Varlıların yemədiyi yeməklər arasında çox təəccüblü bir detal var. Onlar yağlı olan yeməkləri yemirlər. Yəni dietadadılar. Yağsız yeməklər, yağsız tortlar, yağsız pendirlər... Ağlınıza nə gəlirsə, hamısı yağsız. Bunun səbəbi isə... sağlam yaşamaq. Məntiqli düşüncədir əslində: bir varlı nə üçün yağlı-yağlı yeməklər yeyib, qısa zamanda sərvətini də buraxıb ölsün ki? Sizcə də məntiqli deyilmi? Varlılar özlərinə baxan, qulluq edən və zərərli qidalara da bir "dayan” deyən insanlardır.
Tərəvəz varkən una kim baxar?
Unlu qidalar hər kəsin düşmənidir, ancaq varlılar üçün ayrı bir düşməndir. Varlı süfrəsində çox çətinliklə görəcəyiniz məhsullardan biri mütləq çörəklər olacaq. Çünki varlılar çörək yerinə tərəvəzləri seçirlər. Çörək yemədən necə dayanırlar desəniz... cavabı çox açıqdır. Dünya miqyasındakı bəzi restoranlarda varlıların qabağına saysız-hesabsız yemək qoyulur və bu yeməklərin heç biri yeyilmir. Boşqablarında ancaq soyutma tərəvəz olan varlılar gözlərini doyurdqdan sonra süfrədən qalxırlar.
Şəkərsiz həyatın şəkəri puldur...
Varlıların uzaq dayandığı yeməklərin başında şəkərli qidalar gəlir. Əslində həyatda hər şeyi şirin görmənin verdiyi bir şəkər bezməsi deyə biləcəyimiz bu vəziyyət evində şokolad şəlaləsi axan insanların vəziyyətinə bənzəyir. Uşaqkən bir şokoladın arxasınca qaçan uşaqlar olaraq böyüyüncə şokolad arzumuz keçmir. Amma uşaqlığı şokoladla keçən varlılar şəkərli qidalardan erkən yaşlarda bezirlər.
Varlılar üçün içkilər dünyası
Varlıların hər zaman içki süfrələrində ən bahalı şərabları sınaqdan keçirən görsək də, gerçək durum belə deyil. Minlərlə yaşı olan məhsullar varlıları cəlb etmir. O qədər pulun içində tarixi bir neçə əsr keçmiş içkiləri niyə içsinlər ki? Təzə sıxılmış meyvə suyu daha faydalı və orijinal bir fikir deyilmi? Üstəgəl, vərdiş halına gəlmiş bir Kola sevgisi də var. Amma varlılar sizin bildiyiniz insanlardan deyillər. "Kola ilə ömürmü keçər” deyib ağ çaylar içən və fərqli içkiləri sınaqdan keçirən varlılara hər kəsin içdiyi bir şeyi təqdim etmək olarmı?
Təqdimat önəmlidir
Varlıların yemək zövqündən danışıb, onların bir xüsusiyyətini yaddan çıxarmaq olmaz. Onlar təqdimata çox ciddi əhəmiyyət verirlər. Əgər masa üzərinə qoyulan yeməklər istənildiyi kimi, təqdim olunmayıbsa, bu yeməkləri yemirlər. Hər şeydə bir ahəng olmalıdır və onlar buna hər kəsdən daha ciddi önəm verirlər. Hər yemək bir sənət əsəri olmasa, o yeməkdən ümid kəsilir.
160 min dollarlıq trufel, 25 min dilarlıq kürü...
Indi isə keçək varlıların öz yemək masalarından əskik etmədikləri təamlara. Bəli, onlar bahalı yeməkləri, təamları sevirlər və onlardan mümkünsə vaz keçmirlər. Siyahıda bizə qəribə görünən, onların damaq zövqü üçünsə vazkeçilməz olan qidalar var. Təbii ki, astronomik qiymətlərlə yanaşı...
Ağ trüfel
Ümumiyyətlə, trüfel dünyanın ən bahalı qidası sayılır. Çünki bu göbələk növünü becərmək çox çətindir. Bu günədək ən bahalı trüfelin qiyməti 160 000 dollar çəkisi isə 1,5 kq olub. Bu göbələyi isə Honkonqlu bir iş adamı, sadə trüfel şorbası bişirmək üçün satın alıb.
"Almas” kürüsü
Yolunuz London şəhərindən düşsə, özünüzlə 25 000 dollar götürməyi unutmayın. Çünki dünyanın ən məşhur və bahalı kürüsü məhz bu qiymətədir. İran kürüsü olan "Almas” alıcılara qızıl qabda təqdim olunur.
Yubari qovunu
Hələ də dansukenin dünyanın ən bahalı meyvəsi olduğunuə düşünürsünüz? Səhviniz var, çünki ən bahalı meyvə Yubari qovunudur. İki ədəd yubarinin qiyməti, 22 872 dollardır.
"Royal” pizzası
Yer kürəsinin ən bahalı pizzası sayılır. Bu pizzanı ilk dəfə Domeniko Krolla hazırlayıb. 30 sm-lik pizzanın üzəri hisə verilmiş şotland qızıl balığı, şampanda yumşaldılmış balıq kürüsü, maral əti tikələri və 24 karat qızıl tozu ilə bəzədilir. Bu həzzin qiyməti isə nə az nə çox 4200 dollardır.
Samundari Hazana
Bu xörək ilk dəfə Mumbay şəkərində "Xarabalıqlardan çıxmış milyonçu” filminin təqdimat mərasımındə hazırlanmışdı. Aşpazlar əllərinə keçən ən bahalı qida növlərindən ağ trüfel, devon krabı, kürü, qızıl tozundan yemək hazırlayıb, qonaqlara təqdim etmişdilər. Hər xörəyin dəyəri isə 3200 dollar olub.