Dövlətimizin suveren haqları və beynəlxalq hüquq normaları çərçivəsində embarqo tətbiq edən ölkələrin tələblərinə cavab verdik.
Bu sözləri Qətər Xarici İşlər naziri Məhəmməd bin Əbdürrəhman əl-Sani deyib.
Nazir bildirib ki, böhranın həlli yolu yalnız müzakirələrdən keçir:
"Tələblər əsassızdır. Bu tələbləri bir ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndiririk”.
Qeyd edək ki, 4 ərəb ölkəsi – BƏƏ, Səudiyyə Ərəbistanı, Bəhreyn və Küveyt 13 maddəlik tələb siyahısını rəsmi Dohaya təqdim etmişdi.