Aşırı köklükdən əziyyət çəkən uşaqların sayına görə Çin dünya ölkələri arasında birinci yerdə qərarlaşıb.
Trend-in məlumatına görə, bu barədə Vaşinqton Universiteti tərəfindən keçirilən tədqiqat nəticəsində məlum olub.
Tədqiqata əsasən, Çində 15 milyon uşaq aşırı köklükdən əziyyət çəkir.
Siyahıda ikinci yerdə Hindistan qərarlaşıb. Bu ölkədə bu cür uşaqların sayı 14 milyon təşkil edir.
Tədqiqatda qeyd olunur ki, son illərdə Çin, Braziliya və İndoneziyada aşırı köklükdən əziyyət çəkən uşaq və yeniyetmələrin sayı 3 dəfə artıb.
Ümumilikdə dünyada 107 milyon uşaq və 603 milyon böyük aşırı köklükdən əziyyət çəkir.