"Subaru Motor" şirkəti Rusiyada 24,5 minə yaxın avtomobili geri çağırıb.
Trend-in məlumatına görə, qərar təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla əlaqədardır.
Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2007-2010-cu illərdə istehsal olunmuş "Impreza" və "Forester" modellərinə şamil olunur.
Qeyd edək ki, təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.