ABŞ Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat keçirib
ABŞ "Əş-Şəbab” islamçı qruplaşmasına qarşı Somalidə əməliyyat keçirib.
APA-nın məlumatına görə, bu barədə Reuters agentliyi hərbi mənbələrə istinadən xəbər verib.
Hazırda əməliyyatın nəticələrinin qiymətləndirildiyi bildirilir.
Pentaqon əməliyyatla əlaqədar hələ ki, hər hansı rəsmi açıqlama verməyib.
Qeyd edək ki, "Əl Qaidə” qruplaşması ilə əlaqəli olan "Əş-Şəbab” Somalidə terrorçu fəaliyyətlə məşğuldur. Qruplaşma ölkənin hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.
[email protected]