ATƏT PA-nın nümayəndəsi Azərbaycan və Ermənistanın diplomatları ilə görüşüb

ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi, Kristian Viqenin (Bolqarıstan) iyunun 3-ü Venada Cənubi Qafqazda olan vəziyyətə, həmçinin, Dağlıq Qarabağa ərtafında danışıqlara həsr olunmuç bir sıra görüşlər keçirib.

İctimaifikir.az Trend-ə istinadən bildirir ki, K. Viqenin Azərbaycan və Ermənistanın yüksək vəzifəli diplomatik nümayəndələri, ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüş keçirib.

ATƏT PA-nın nümayəndəsi Azərbaycan və Ermənistanın diplomatları ilə görüşüb

K.Viqenin görüşlər zamanı razılaşdırılmış danışıqlar formatı çərçivəsində səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb və siyasi iradəyə yardım edə biləcək parlamentarlar arası dialoqun potensialını qeyd edib.

ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi deyib: "Regiondakı münaqişələr, əvvəlki kimi, insan tələfatı ilə müşayiət olunur. Mən ATƏT Parlament Assambleyasından olan həmkarlarımla öz siyasi təsirimizdən davam edən rəsmi cəhdlərə necə yardın edə biləcəyimizi və regionda əsaslı, davamlı sülhün təmin edilməsində güclü impulsu necə təmin edə biləcəyimiz barədə müzakirələri davam etdirmək niyyətindəyəm" .




[email protected]