Azərbaycan ATƏT PA-da İpək yoluna Dəstək qrupunun yaradılmasına təşəbbüs göstərir

Azərbaycanlı millət vəkilləri ATƏT Parlament Assambleyasında İpək yoluna Dəstək qrupunun yaradılmasına təşəbbüs göstərir.

İctimaifikir.az Trend-ə istinadən xəbər verir ki, bunu "Belta" agentliyinə müsahibəsində Belarus parlamentinin Nümayəndələr palatasının sədri Vladimir Andreyçenko deyib.

Azərbaycan ATƏT PA-da İpək yoluna Dəstək qrupunun yaradılmasına təşəbbüs göstərir

Onun sözlərinə görə, bu qrup səmərəli iqtisadi və ticarət münasibətlərinə yardım platforması rolunu oynayacaq:

"Bu təşəbbüsün məqsədi nəqliyyat dəhlizlərinin inkişafı, ticarət və daşıma prosedurlarının sadələşdirilməsi, şəxslərin, xidmət və malların, eləcə də investisiyaların sərbəst hərəkətinin inkişafına xidmət etməkdir".




[email protected]