ATƏT-in Minsk qrupunun həmsədrləri bu gün Vyanaya səfər edəcəklər.
İctimaifikir.az APA-ya istinadən xəbər verir ki, bu bərədə həmsədrlərin regiona səfərləri ilə bağlı iyunun 19-da yaydıqları bəyanatda göstərilib.
Onlar Minsk qrupu üzvlərini münaqişənin həlli istiqamətində atılan addımlar barədə məlumatlandıracaqlar.
Qeyd edək ki, iyulun 11-də Avstriyanın Mauerbax şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi görüşü çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü planlaşdırılır.