Maradona Rusiya vətəndaşı ola bilər

Argentina futbolunun ulduzu Dieqo Maradona Rusiya vətəndaşlığı almağı düşünür.

İctimaifikir.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Sovetskiy sport" xəbər yayıb.

Maradona Rusiya vətəndaşı ola bilər

Məlumatda qeyd olunur ki, 58 yaşlı futbol əfsanəsi "Rusiya futbolu sevir" hərəkatı çərçivəsində ölkəyə səfər edib və Konfederasiyalar Kubokunun finalını izləyib.

 

Daha öncə isə Maradona futbol üzrə Rusiya millisinə başçılıq etmək istədiyini bildirmişdi. Futbolçu Vladimir Putini də öz kumiri adlandırmış, divarda onun şəklini asdığını qeyd etmişdi.




[email protected]