Yeməyin müstəhəbbatı hansılardır?

Yeməyin müstəhəb şərtləri çoxdur. Bunlardan bəzilərini qeyd edirik.

Yeməyin müstəhəbbatı hansılardır?

İctimaifikir.az islam.az-a istinadən bildirir ki,vurğulayırıq ki, bunların heç biri vacib deyil, müstəhəbdir (arzu ediləndir).

1. Yeməkdən əvvəl və sonra əlləri yumaq.

2. Yeməyə başlayanda Allahın adını çəkmək, yəni "bismillah" söyləmək.

3. Yeməyi sağ əllə yemək.

4. Yeməyi duzla başlayıb duzla bitirmək.

5. Qidanı kiçik loğmalar şəklində yemək.

6. Yeməyi ağızda çox çeynəmək.

7. Acımadan yeməmək.

8. Tam doymadan süfrədən əl çəkmək.

9. Çox yeməmək.

10. Yeməyi bitirəndən sonra Allaha həmd etmək.

11. Ev sahibi hamıdan əvvəl yeməyə başlasın, hamıdan sonra süfrədən əlini çəksin ki, qonaqlar utanmadan rahat yeyə bilsinlər.

12. Yeməkdən sonra dişləri təmizləmək və sairə.





[email protected]