Evdə hansı heyvanı saxlamaq?

Məsumlarımız (ə) hər bir canlı varlığa xüsusi həssaslıqla yanaşmış və onlarla bağlı tövsiyələr vermişdilər.

Davud Rəqqi nəql edir: "İmam Sadiqin (ə) yanında olan zaman bir göyərçini gördüm ki, taxtın altından çıxdı. Həzrətə dedim: "Canım sizə fəda olsun! Oxuyan quşu sizə hədiyyə edimmi?". Həzrət (ə) buyurdu: "O quşlar şəkillərini dəyişdiriblər. Əgər quşa malik olmaq istəyirsənsə, bunun kimi Həzrət İsmayilin (ə) göyərçinlərindən qalmışlara malik ol!".
Bir nəfər Peyğəmbərə (s) öz qorxulardan danışır və çarə istəyir, Həzrət (s) buyurur: "Bir cüt göyərçin saxla".
İmam Əli (ə) buyurur: "Göyərçinin qanad çalması şeytanları qovar". (Beytutə saytı)
İmam Əli (ə) buyurur: "Allahdan qullar, kənizlər və dilsiz mallarınızla bağlı qorxun". Sual verirlər ki, dilsiz mallar nədir? Həzrət (ə) buyurdu: "Qoyun, göyərçin, pişik və onun kimilər".
İctimaifikir.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) buyurur: "Evdə qoyunun olması səbəb olar ki, yoxsulluğun 70 qapısı aradan getsin".

Evdə hansı heyvanı saxlamaq?
Həzrət Peyğəmbər (s) buyurur: "Qoyun - behişt heyvanlarındandır".
İmam Sadiq (ə) buyurur: "Elə mömin yoxdur ki, evində çəpiş olsun və o ev müqəddəs və bərəkətli olmasın. Əgər o evdə iki çəpiş olarsa, o ev hər gün iki dəfə müqəddəs olar". Bir nəfər soruşur: "Necə müqəddəs olar?". Buyurur: "Onlara deyilər ki, o zamana qədər ki, süfrəniz pakizədir, bərəkət sizinlədir".
Cəfəri nəq edir: "İmam Kazımın (ə) evində bir cüt göyərçin gördüm ki, erkəyi yaşıl və dişisi qara rəngli idi. Həzrəti (ə) gördüm ki, onlar üçün çörəyi xırdalayırdı. Həzrət (ə) buyurdu: "Bu göyərçinlər axşam hərəkətli olurlar, ancaq qanad çalmırlar. Evdə olan hər insan ziyanlı heyvanlardan amanda olar".
İmam Sadiq (ə) buyurur: "Elə bir peyğəmbərin evi yox idi ki, orada göyərçin olmasın. Çünki axmaq cinlər o evin uşaqları ilə oyun oynayarlar. Ancaq o zaman ki, evdə göyərçin olar, onlar göyərçinlərlə məşğul olarlar və insanları tərk edərlər".
İmam Sadiq (ə) buyurur: "Bir qadın bir pişiyi zindan etdiyi üçün və o pişik susuzluqdan öldüyü üçün əzaba düçar oldu".
Həzrət Peyğəmbər (s) buyurur: "Heyvanları evinizdə saxlayın ki, şeytanlar övladlarınızla məşğul olmaq yerinə, onlarla məşğul olsunlar".
İmam Kazım (ə) buyurur: "Evlərinizi üç şeydən boş saxlamayın ki, onlar evlərinizi abad edər: 1. Pişik. 2. Göyərçin. 3. Xoruz. Əgər xoruzun munisi olsa maneəsi olmaz".
Həzrət Peyğəmbər (s) buyurur: "Xoruza pis söz deməyin ki, o, sizi namazın vaxtından agah edər".




[email protected]