Elektron mürəkkəblə işləyən elastik ekran göstərildi - VIDEO

Elektron mürəkkəb texnologiyaları əsasında ekranların yaradılması ilə məşğul olan "E Ink" şirkəti elektron mürəkkəbli elastik ekran prototipini nümayiş etdirib. Yeni texnologiya perspektivdə istehsalçılara qatlanan elektron kitablar buraxmağa imkan verəcək.

Elektron mürəkkəblə işləyən elastik ekran göstərildi - VIDEO

İctimaifikir.az ICTnews-a istinadən bildirir ki, 10,2 düym diaqonala və 220 ppi piksel sıxlığına malik ekran prototipi mayın sonunda Los-Ancelesdə keçirilən "SID Display Week" sərgisində nümayiş etdirilib.

Məlumata görə, şirkətin stendində təqdim edilən prototip kitab cildini xatırladan qatlanan cildə yerləşdirilib. Prototip elektron mürəkkəblə işləyən bütün displeylər kimi, enerjidən qurğu yenilənən zaman istifadə edir və oxunaqlı görünür. Bununla yanaşı, displeydə iki nəzərəçarpacaq çatışmazlıq müəyyənləşdirilib. Onlardan biri ekranın parlaq səthli olmaması, digəri isə lazımi elastikliyin yoxluğundadır. Belə ki, prototip nisbətən böyük əyilmə radiusuna malikdir və kağız vərəqi kimi yarıya tam qatlanmır.

Şirkətin prototipdəki çatışmazlıqları aradan qaldıracağı təqdirdə yaxın gələcəkdə satışa müxtəlif şirkətlər tərəfindən buraxılan yeni formatlı elektron kitabların çıxarılacağı gözlənilir.

 





[email protected]