Türkiyədə PKK terrorçularının hücumu nəticəsində 1 əsgər ölüb, 6-sı yaralanıb

Türkiyənin Hakkari vilayətində PKK terrorçularının hücumu nəticəsində 1 əsgər şəhid olub, 6-sı yaralanıb.

APA-nın "Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Məlumata görə, Hakkari əyalətinin Çukurca bölgəsində hərbi konvoy qumbaraatanlar və iriçaplı silahlardan atəşə tutulub. Hadisə nəticəsində 1 əsgər şəhid olub, 6-sı yaralanıb.

Yaralı əsgərlərin xəstəxanalara göndərildiyi bildirilir.
 




[email protected]