Yaponiyada iyunun 12-dən 18-dək davam edən anomal istilər nəticəsində 700 nəfər günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu, ötən həftə ilə müqayisədə 100 nəfərdən çoxdur.
May ayında Yaponiyada iki nəfər dünyasını dəyişib. Yağışlar mövsümünün başlamasına baxmayaraq, paytaxt Tokio daxil olmaqla, Yaponiyanın əksər ərazilərində isti hava şəraiti davam edir.
[email protected]